bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Saziş pozuldu: Ankara 9 adanı tələb edə bilər? - Professor

17-09-2020, 11:56 102 dəfə baxılıb

Saziş pozuldu: Ankara 9 adanı tələb edə bilər? - Professor
Egey dənizinin şimalında yerləşən Raşoz, Semadirek, Limni, Midilli, Saqqız, Sisam, Ahikerya, İpsara və Bozbada adalarına Yunanıstanın hərbi qüvvələrini yerləşdirməsi Lozanna müqaviləsinin 13-cü maddəsinin kobud şəkildə pozulması deməkdir. Belə olduqda Türkiyə müqaviləni imzalayan digər ölkələrə öz etirazını bildirməli və yeni müqavilənin imzalanmasını tələb etməlidir.

Bunu Axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dənizində baş verən gərginlik fonunda rəsmi Afinanın Egey dənizinin şimalında yerləşən adaları silahlandırması haqda danışarkən deyib.

O bildirib ki, Egey dənizində olan adaların hüquqi statusu 1914-cü ildə altı böyük dövlətin qərarı və 1923-cü ildə Lozanna müqaviləsi ilə müəyyən edilib:

“Bu mənada bu gün Yunanıstanın adı çəkilən adaları hərbiləşdirməsi məsələsinə yenə bu dövlətlər baxmalıdır. Türkiyə məsələ ilə bağlı etirazını bildirməlidir. Düzdür, bu etiraza baxılıb-baxılmaması nə dərəcədə realdır - demək çətindir, ancaq nəticə etibarilə bu, Türkiyənin haqqıdır.

Məsələ ondadır ki, Yunanıstana Şimali Egey dənizində adalar üzərində suverenlik hüququ deyil, sadəcə, istifadə etmək haqqı verilib. Burada söhbət suverenlik deyil, sahiblik hüququndan gedə bilər. Yəni rəsmi Afinanın riayət etməli olduğu qaydalar var.

Lakin bununla belə düşünmürəm ki, Türkiyə bu adaların yenidən bölünməsini təklif edə bilər. Çünki ölkələrin qanuni ərazilərinin dəyişməsi çətin prosesdir və bu, digər dövlətlər üçün də pis örnək ola bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930