bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bu "plonka"ların 150 manat cəriməsi var - DYP-dən sürücülərə xəbərdarlıq

1-05-2019, 15:50 239 dəfə baxılıb

Bu "plonka"ların 150 manat cəriməsi var - DYP-dən sürücülərə xəbərdarlıq



Bu gündən etibarən avtomobillərin arxa qapılarındakı şüşələrə yalnız sənaye üsulu ilə hazırlanan jalüz və pərdələrin vurulmasına icazə verilir.

BEŞ.AZ xəbər verir ki, bu barədə Lent.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, yüngül minik nəqliyyat vasitələrində kütləvi görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pəncərələrin, "plonka"ların istifadə edilməsi müvafiq xəta hərəkəti yaradır:

"İsti hava şəraiti ilə əlaqədar konkret standartlaşma tətbiq edilir. Bu standart mayın 1-dən noyabrın ayının 15-ə qədər yüngül minikli nəqliyyat vasitələrinin arxa və qapı şüşələrinə jalüz və "ştor"lar vurula bilər. Lakin, avtomobillərin güzgülərinə buqələmun rəngdə şüşələrin vurulması inzibati xəta tərkibi yaradır. Eyni zaman da qapıların şüşələrinə hər hansı formada və ölçüdə işıq buraxmayan "plonka"ların vurulması inzibati xəta hesab olunacaq. Yalnız və yalnız sənaye üsulu ilə hazırlanmış, əhali arasında "ştor" kimi tanınan qara rəngli, dairəvi dəlikləri olan və plastmas olan materiallar olmalıdır. Sürücülər bunları mütləq nəzərə almalıdır".

Vaqif Əsədov onu da qeyd edib ki, tələbləri pozan sürücülər 150 manat cərimə olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930