bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qaradağda uyuyan Qarabağ fatehləri - Yeni Şəhidlər Xiyabanı salınır - VİDEO

26-01-2021, 11:15 315 dəfə baxılıb

Qaradağda uyuyan Qarabağ fatehləri - Yeni Şəhidlər Xiyabanı salınır - VİDEO
1970-ci ildə salınan ümumşəhər qəbiristanlığında Şəhidlər Xiyabanı Memorial Kompleksi yaradılır. Bakı şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin sifarişi ilə 18 şəhidimizin dəfn edildiyi məzarlıq ərazisində əsaslı şəkildə yenidənqurma işləri aparılır. Yeni yaradılacaq Şəhidlər Xiyabanında bütün məzarlar və ətrafı standart olacaq və mərmərlə əhatələnəcək. Ziyarətə gələnlərin rahat giriş-çıxışını təmin etmək üçün pilləkənlər qurulur.

Zəfər muzeyi ilə əbədiləşən 44 günlük vətən müharibəsi tarixin yaddaşına qızıl hərflərlə həkk olunub. Bu qüruru qanı hesabına bizə yaşadan şəhidlərimizin məzarları isə bizim and yerimizdir.

Əksər qəbiristanlıqlarda olduğu kimi Bakıda ümumşəhər qəbiristanlığında da Şəhidlər Xiyabanı salınır.

Bura Bakı şəhərinin, Qaradağ rayonu ərazisində yerləşən ümumşəhər qəbiristanlığıdır. 318 hektar ərazi ilə Bakının ən böyük qəbiristanlığında ilk dəfə olaraq Şəhidlər Xiyabanı Memorial Kompleksi yaradılır.

Məzarların ətrafı təmizlənir, insanların ziyarəti zamanı rahatlığın təmin edilməsi üçün məzarlıqda pilləkənlər qurulur.

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyir ki, hazırda təmir-tikinti işləri aparılan yerdə vətən uğrunda canından keçən 18 şəhid dəfn edilib. Onlardan ikisi Tovuz hadisələri zamanı, 16-sı isə Vətən müharibəsində şəhid olub.

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov onu da bildirdi ki, 1970-ci ildə salınan qəbiristanlığa nəzarət trest tərəfindən həyata keçirilir. Qəbiristanlıq ərazisindəki Şəhidlər Xiyabanında işlər ən qısa zamanda yekunlaşdırılacaq və ərazidə təmizlik işlərinə və gül-çiçəyin qorunub saxlanılmasına nəzarət daha da gücləndiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30