bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Separatçı ordu Qarabağdan çıxarılır? - Paşinyan iclas çağırdı

3-02-2021, 10:57 101 dəfə baxılıb

Separatçı ordu Qarabağdan çıxarılır? - Paşinyan iclas çağırdı
Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında sədrlik edib.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Görüş zamanı Ermənistan və Qarabağ ətrafındakı vəziyyət, humanitar problemlər və təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə edilib”, - açıqlamada qeyd olunub.

İclasda 2020-ci il noyabrın 10-da və bu il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə edilmiş anlaşmaların icrası məsələsi müzakirə edilib.

Qeyd edək ki, iclasdan əvvəl Ermənistan mediasında Qarabağdakı erməni silahlı birləşmələrinin tərksilah edilməsi barədə məlumatlar yayılıb. İddiaya görə, Paşinyan müdafiə naziri Vaqarşak Arutyunyan, Xankəndindəki separatçıların başçısı Araik Arutyunyanla separatçı ordusunun buraxılmasını razılaşdırıb. Baş nazirin bu məqsədlə Təhlükəsizlik Şurasının iclasını çağıracağı deyilmişdi. Lakin sözügedən iclasda hansı qərarın verildiyi hələlik bəlli deyil.
Mənbə: Teleqraf.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930