bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Yalnız Ermənistan və Rusiya vətəndaşları Laçından keçib Qarabağa gedə bilərlər...”

8-02-2021, 13:54 147 dəfə baxılıb

“Yalnız Ermənistan və Rusiya vətəndaşları Laçından keçib Qarabağa gedə bilərlər...”
“Fransız jurnalistlərindən ibarət nümayəndə heyəti ilə bağlı məsələdən sonra Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri Rustam Muradov Ermənistan Müdafiə naziri Vaqarşak Arutyunyana bir məktub yollayıb”.

Bu haqda Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan “Teleqram-kanal”ında yazıb.

Məktubun məzmunu ondan ibarətdir ki, yalnız Ermənistan və Rusiya vətəndaşları Laçın dəhlizindən keçərək Ermənistandan Qarabağa gedə bilərlər. Qarabağı ziyarət etmək üçün digər ölkələrin vətəndaşlarının Azərbaycandan icazə alması lazımdır.

“Ermənistanın “günah keçisi” statusunu təsdiqlədiyi və bu vəziyyətdən çıxış yolu barədə düşünmədiyi açıqdır. Ermənistan Xarici İşlər Nazirliyinin bu mövzuda susması bunun əyani təsdiqidir”- deyə Minasyan əlavə edib.

Xatırladaq ki, M.Minasyanın dünən –fevralın 6-da yaydığı məlumata görə, bu günlərdə Rusiya sülhməramlıları Ermənistandan Azərbaycan ərazisinə keçməyə cəhd edən bir qrup fransız jurnalisti Laçın rayonu ilə sərhəd məntəqəsində saxlayaraq Xankəndinə getmələrinə icazə verməyib.

P.S. Əslində Ermənistan və Rusiya vətəndaşlarının Azərbaycan dövlətinin icazəsi olmadan Qarabağ gəlməsi də ölkəmizin suverenliyinə təhdiddir... /Moderator.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930