Bakıda güclü külək səbəbindən 600 abonentin qaz təchizatında fasilə yarandı – FOTO
Martın 7-də Bakı şəhəri və ətraf yaşayış massivlərində hava şəraiti güclü küləklə müşahidə olunur. Bu cür vəziyyət qaz təsərrüfatına da ziyansız ötüşmür.
Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Xəzər rayonu Binə qəsəbəsi Sovxoz ərazisi deyilən yerdə, “Qardaşlar” marketinin damı uçaraq diametri 159 mm olan orta təzyiqli qaz xəttinin üzərinə aşıb. Müvəqqəti olaraq təbii hadisə səbəbindən 600 abonentin qaz təchizatında fasilə yaranıb.
“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi tezliklə fəsadların aradan qaldırılması və qaz təchizatının bərpa olunması barədə tapşırıqlar verib.