bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Dövlətçilik tariximizin ən şərəfli zəfəri

17-03-2021, 12:25 278 dəfə baxılıb

Dövlətçilik tariximizin ən şərəfli zəfəri

Prezident İlham Əliyev Azərbaycanın Qarabağda pozulmuş hüquqlarını tam bərpa etdi. İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdı. Savaşın bu cür uğurlu sonluqla yekunlaşacağı əvvəldən bəlli idi. Çünki biz haqq işi uğrunda mübarizə aparırdıq və Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz öz vəzifəsini layiqincə yerinə yetirdi. Cəmi 44 gün ərzində işğal altında olan torpaqlarımızın böyük bir qismi azad olundu. Bütün şərtləri qalib Azərbaycan diktə edir
27 il idi işğal altında olan Füzuli, Cəbrayıl, Zəngilan Qubadlı rayonlarında indi Azərbaycan bayrağı dalğalanır. Tərtərin, Xocavəndin, Laçının, Xocalının bir sıra kəndləri 44 günlük döyüşlərdə işğaldan təmizləndi. Nəhayət noyabrın 9-da Şuşanın azad edilməsindən sonra işğalçı Ermənistan Azərbaycanın şərtləri daxilində kapitulyasiyaya məcbur oldu. 44 gün ərzində ordumuz işğal altında olan 300-ə yaxın kəndi, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəklikləri azad etdi. Qoşunlarının əsas hissəsini Dağlıq Qarabağda saxlayan Ermənistanın hərbi texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Atəşkəs ərəfəsində işğalçı ordu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırladırdı.
Prezident İlham Əliyev hələ hərbi əməliyyatların başlandığı ilk günlərdən Ermənistan qarşısında şərtlərini açıqlamışdı. Bu şərtlərə əsasən, düşmən işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarının çıxarılması ilə bağlı qrafik verməli idi. Əgər vaxtında Ermənistanın siyasi-hərbi rəhbərliyi bu şərtləri qəbul etsəydi, döyüş meydanlarında minlərlə erməni əsgəri həlak olmazdı. İndi Ermənistanda bu məğlubiyyətə görə baş nazir N.Paşinyanı vaxtında düzgün qərarlar verməməkdə ittiham edirlər. Xüsusən müxalifət təmsilçiləri bildirirlər ki, Ermənistanın Azərbaycan qarşısında məğlubiyyətinin qaçılmaz olduğu bilinəndə baş nazir müharibənin dayandırılması üçün Azərbaycan Prezidenti İlham Əliyevin şərtlərini qəbul etməliydi. Amma artıq gecdi. Bu gün Dağlıq Qarabağ probleminin həlli ilə bağlı tamamilə yeni reallıq yaranıb. Hətta müharibənin əvvəli və sonu arasında reallıqlar fərqlidi. Ermənilərin Dağlıq Qarabağda respublika yaratmaq iddialarına tamamilə son qoyulub. İndi Ermənistan faşist Almaniyasının taleyini yaşayır. Artıq bütün şərtləri qalib Azərbaycan diktə edir. Ermənistana vurulan hüquqi-siyasi, iqtisadi və mənəvi zərbə ilə Azərbaycan bu müharibədə Ermənistana elə bir siyasi, iqtisadi və həm də mənəvi zərbə vurdu ki, işğalçı dövlət çətin bunun altından çıxsın. Hüquqi-siyasi zərbə ondan ibarətdir ki, bu məğlubiyyətlə Ermənistanın müasir tarixinin ən biabırçı səhifəsi yazıldı. Məlum olduğu kimi, dünya erməniliyi, erməni diasporu əsrlər boyu bütün dünyada “məzlum erməni xalqı” obrazını yaratmışdı. Təəssüf ki, bir çox hallarda onlar məqsədlərinə nail olmuş, ayrı-ayrı ölkələri öz çirkin niyyətlərinə inandıra bilmişdilər. Lakin bu müharibə bütün dünyada ermənilərlə bağlı yaranmış stereotipləri demək olar ki, kökündən dəyişdi.
Hərbi əməliyyatların davam etdiyi 44 gün ərzində heç bir beynəlxalq təşkilat Ermənistanın müdafiəsinə qalxmadı. Azərbaycan isə BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən öz hüquqlarını müdafiə etdiyini ilk gündən bəyan etdi. BMT Nizamnaməsinin 51-ci maddəsində yazılır ki, bu nizamnamədə heç nə təcavüzə məruz qalmış dövlətin fərdi və ya kollektiv özünümüdafiə haqqını gerçəkləşdirməsini əngəlləmir. Eyni zamanda Fransa istisna olmaqla, dünyanın heç bir dövləti açıq şəkildə Ermənistanı müdafiə etmədi. Beləliklə, Ermənistan siyasi baxımdan beynəlxalq ictimaiyyətdən dəstək almadı və bütün bunların fonunda beynəlxalq ictimaiyyət işğalçının məhz Ermənistan olduğunu gördü. Erməni yalanlarına başqa bir zərbəni Prezident İlham Əliyev öz müsahibələri ilə vurdu. Dövlət başçısı müharibənin ilk günlərindən sonuna qədər tanınmış xarici KİV-ə verdiyi müsahibələrdə Dağlıq Qarabağ problemi ilə bağlı hüquqi məsələləri ən yüksək səviyyədə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Cənab İlham Əliyev Dağlıq Qarabağın məhz Azərbaycan torpaqları olmasının hüquqi tərəflərini mükəmməl şəkildə izah etdi. Hətta erməni lobbisinin tapşırıqları ilə suallar ünvanlayan bəzi xarici KİV təmsilçiləri cənab Prezidentin cavabları qarşısında mövzunu dəyişməyə məcbur oldular. Bu müharibənin Ermənistana vurduğu iqtisadi zərbənin təsiri də ölçüyəgəlməzdir. Milyardlarla dollar ziyanın yerini doldurmağa bu vəziyyətdə onilliklər də bəs etməyəcək. Təbii ki, bu fonda sosial sferada Ermənistanda vəziyyət daha da kəskinləşəcək. Ən mühümü odur ki, Azərbaycan Ermənistana sağalmaz mənəvi zərbə vurdu. Düşmənin öz ordusu ətrafında yaratdığı mif darmadağın edildi, erməni xalqının tarixi, yenilməzliyi ilə bağlı sərsəm iddialar alt-üst oldu. İndi erməni xalqı üçün dünyada işğalçı kimi tanınmaq, həm də döyüş meydanında məğlub olmaq ən böyük mənəvi zərbədir. Əslində, işğal yolunu özləri seçmişdilər və belə bir taleyi yaşamaq da öz haqlarıdır.
Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, qonşu dövlətlər olaraq, Rusiya, İran və Gürcüstanın işğalçının hüquqazidd addımlarını buxovlayan davranış nümayiş etdirməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad edtmişdir, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə-Azərbaycan xalqına qaytaramışdır. Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!


Dövlətçilik tariximizin ən şərəfli zəfəri

Nəbi Mahmudov
Bakı şəhəri 246 nömrəli məktəb-liseyin direktoru,
riyaziyyat üzrə fəlsəfə doktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930