bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanın qızıl hasilatı azalıb - FOTO

18-03-2021, 09:31 136 dəfə baxılıb

Azərbaycanın qızıl hasilatı azalıb - FOTO


2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda hasil olunan qiymətli metalların həcmi açıqlanıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, iki ay ərzində ölkəmizdə 1 337,5 kiloqram qiymətli metal filizləri və konsentratları hasil edilib.

Onların ümumi hasilatı 2020-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 12,1 faiz azalıb. Ötən dövrdə 531 kiloqram qızıl, 806,5 kiloqram gümüş hasil edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatı 20,2 faiz, gümüş hasilatı isə 5,8 faiz azalıb.

Təkcə fevral ayı ərzində isə ölkədə 260,1 kiloqram qızıl, 385 kiloqram gümüş hasil edilib. 2020-ci ilin fevral ayı ilə müqayisədə müvafiq olaraq qızıl hasilatı 0,2 faiz azalıb, gümüş hasilatı isə 18 faiz artıb.

Bildirilib ki, 1 mart 2021-ci il tarixinə görə, ölkədə 410,3 kiloqram hazır qızıl ehtiyatı, 201,8 kiloqram hazır gümüş ehtiyatı var. Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl ehtiyatlarının həcmi 2,2 dəfə, gümüş ehtiyatarının həcmi isə 2,4 dəfə artıb.

Əlavə edək ki, müvafiq dövrdə 434,9 ton mis filizləri və konsentratları hasil edilib. Ümumi hasilat həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz artıb. Bu məhsul növü üzrə 677,5 ton hazır ehtiyat yaranıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30