Xocavənddə erməni qadın özünü yandırmaqla həyatına qəsd etdi
Xocavənddə erməni qadın özünü yandırıb.
Bu barədə Caliber.Az Ermənistan mediasına istinadla xəbər verib.
Bildirilir ki, evli və iki azyaşlı uşağı olan 41 yaşlı qadının son vaxtlar səhhətində ciddi problemlər yaranıb, lakin onun zəruri müalicə almaq imkanı olmayıb. Bu da erməni qadının özünə bu şəkildə qəsd etməsinə səbəb olub.
Qeyd edək ki, bu, Azərbaycan torpaqlarında erməni əhalisi arasında ilk intihar hadisəsi deyil. Bu yaxınlarda Qırmızı qəsəbədən olan erməni sakin özünü öldürüb.
Artıq indidən demək olar ki, hazırda Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan torpaqlarında intihar aktları artacaq. Hazırda bu ərazilərdə demək olar ki, normal həyat üçün lazımlı hər hansı bir infrastruktur, müvafiq tibbi yardım və s. yoxdur.
Bütün bunlar bir daha sübut edir ki, bu ərazinin və orada yaşayan ermənilərin gələcəyi Azərbaycanın qalan əraziləri ilə qeyd-şərtsiz inteqrasiyadır.