bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Çiyələkdəki böyük təhlükə - XƏBƏRDARLIQ

2-05-2019, 19:30 169 dəfə baxılıb

Çiyələkdəki böyük təhlükə - XƏBƏRDARLIQ



Yayda yetişən meyvələrin faydaları saymaqla bitmir.

Beş.az open.az-a istinadən xəbər verir ki, lakin çiyələkdən əriyə, gilasdan şaftalıya qədər bir çox yay meyvəsi təəssüf ki, sağlamlıq üçün təhlükə saçır.

Yayın ən gözəl ləzzətlərindən biri olan meyvələri alarkən bu hiylələrə aldanmayın.

Çiyələk rəngi və qoxusu ilə yay aylarının əvəzolunmazıdır. Çiyələyin daha uzun müddət dayanması üçün üzərinə digər meyvələrdə olduğu kimi hormon əlavə edirlər. Ancaq çiyələkdəki təhlükə bununla bitmir.

Türk dietoloq Tuğçe Kalaycıoğlu çiyələyin qoxusunun daha cazibədar hala gətirilməsi üçün otaq spreylərindən istifadə edildiyini bildirib. O, təbii çiyələyin nə qədər yuyulsa da nə dadını, nə də qoxusunu itirdiyini qeyd edib. Ətirli sprey sıxılmış çiyələkləri isə bir-iki dəfə yuduqda qoxusunu itirir, ancaq içindəki kanserogen maddə meyvədən təmizlənmir. Və bu maddə də insanda xərçəng yaradır.

Çiyələkdəki digər bir təhlükə böyrək daşıdır. Əgər çiyələk yaxşı təmizlənməsə böyrək daşına səbəb olur. Dietoloq piştaxtaları bəzəyən qıpqırmızı və iri çiyələklərdən uzaq durulmasını tövsiyə edir. O, təbii çiyələyin kiçik və rənginin daha açıq olduğuna diqqət çəkib.

Çiyələyin böyrək daşına səbəb olmaması üçün də 20-30 dəqiqə suda saxlanılması və daha sonra da üç-dörd dəfə sudan keçirilməsi lazım olduğunu vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031