bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Daşkəsəndə kişi döyülüb bıçaqlandı

23-03-2021, 10:20 119 dəfə baxılıb

Daşkəsəndə kişi döyülüb bıçaqlandı


Daşkəsən şəhərində yerli sakin mübahisə zəminində müxtəlif bədən xəsarətləri alıb.

“Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə Daşkəsən şəhərində qeydə alınıb.

Daşkəsən rayon sakini 1964-cu il təvəllüdlü İqbal İsmayılov mübahisə zəminində döyülüb və daha sonra bıçaqlanıb. O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

O, sol qabırğa üstü nahiyəsindən bir bıçaq xəsarəti alıb. Həmçinin döyülərək üz və baş nahiyəsindən də müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisənin təfərrüatları hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır .






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30