bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Nazir yeni salınmış fındıq bağlarında - FOTO

5-04-2021, 18:17 104 dəfə baxılıb

Nazir yeni salınmış fındıq bağlarında - FOTO


Nazir İnam Kərimov Şəkidə yeni salınmış intensiv fındıq bağlarına baxış keçirib, regional laboratoriyaların fəaliyyəti ilə tanış olub.

Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, artıq Şəki və Qax rayonlarında yeni fındıq bağlarının salınmasına başlanıb. Kənd təsərrüfatı naziri Şəkinin Bideyiz kəndində yeni intensiv fındıq bağının salınması işləri ilə tanış olub.

Daha sonra nazir Şəkinin Biləcik kəndində keçmiş çay yatağında yeni salınmış fındıq bağında görülən işlərlə maraqlanıb, Qax rayonunun Qaşqaçay kəndində daşdan təmizlənmiş sahədə salınmış intensiv fındıq bağlarına baxış keçirib. O, həmçinin Şəki Regional Aqrokimya Laboratoriyasının və yeni fəaliyyətə başlayan baytarlıq laboratoriyasının fəaliyyəti ilə də tanış olub.

Qeyd edək ki, 2021-ci il ərzində salınan fındıq bağlarına da birdəfəlik əkin subsidiyası verilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30