bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Təhsil naziri: “Yoluxma səbəbindən gün ərzində 10-12 məktəb bağlanırdı”

8-04-2021, 12:18 99 dəfə baxılıb

Təhsil naziri: “Yoluxma səbəbindən gün ərzində 10-12 məktəb bağlanırdı”



“5 aprel tarixindən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonlarında ümumtəhsil müəssisələrinin distant təhsilə keçməsinə bir neçə faktor təsir edib. Artıq gördüyünüz kimi yoluxma halları 2500-ü keçib, onun da 80 faizi sadalanan ərazilərə keçir”.

Bu sözləri Təhsil naziri Emin Əmrullayev AzTV telekanalında çıxışı zamanı deyib.

O bildirib ki, bu öz-özlüyündə gün ərzində məktəblərin bağlanması deməkdir:

“Artıq martın 29-dan başlayaraq orta hesabla gün ərzində 10-12 məktəbin distant təhsilə keçirilməsini müşahidə edirdik. Proqnozlara görə bu rəqəmlər artmağa doğru gedirdi. İstənilən halda gün ərzində 2500-3000 yoluxma olanda onun 70 faizi Bakının payına düşdüyü halda Bakı, Sumqayıt, Abşeronda məktəblər bağlanır. Bütün bunlar Səhiyyə orqanlarının rəyi ilə həyata keçirilir”.

Nazir səbəblərdən birinin də davamiyyət məsələsinin olduğunu deyib:

“Davamiyyət məsələsi vacibdir. Yoluxma artdıqca valideynlər övladlarını riskə atmamaq üçün məktəbə göndərmirdilər. Belə olan halda təhsil müəssisələrinə gələn uşaqların sayı az olurdu. Bu da tərəfimizdən izlənilirdi. Məktəblərə nümayəndələrimizin səfərləri zamanı bu qeydlər götürülür və analiz aparılırdı. Onsuzda siniflər yarımqruplarda fəaliyyət göstərirdi, o qrupun da yarısından çoxu məktəbə gəlməyəndə davamlılıqdan danışa bilmirik. Bu mənada heç olmasa distant təhsilə keçmək daha məntiqli görünür”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930