bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Şəkidə avtomobil çaya düşdü, sürücü xəsarət aldı - FOTO

25-04-2021, 10:16 143 dəfə baxılıb

Şəkidə avtomobil çaya düşdü, sürücü xəsarət aldı - FOTO

Şəki şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

Şəki sakini, 1982-ci il təvəllüdlü Əfqan Nəsirov idarə etdiyi VAZ-2106 markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil Qurucana çayına düşüb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Şəki bölməsinin xilasediciləri və təcili yardım briqadası cəlb edilib.

Sürücü xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30