Azərbaycanda bir sutkada 21 nəfər koronavirusdan öldü - FOTO
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1213 yeni yoluxma faktı qeydə alınıb, 2104 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 320 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 291 564 nəfər müalicə olunaraq sağalıb, 4 538 nəfər vəfat edib.
Aktiv xəstə sayı isə 24 220 nəfər olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 692, bu günə qədər isə ümumilikdə 3 253 878 test icra olunub.