bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İki prospekti birləşdirən yol bağlanır

11-05-2021, 17:37 133 dəfə baxılıb

İki prospekti birləşdirən yol bağlanır


Bu gün Bakının Ziya Bünyadov prospektindən Heydər Əliyev prospektinə düşən hissədə yol ötürücüsü üzərində təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən ərazidə işlər yekunlaşandan sonra Mikayıl Əliyev küçəsindən Heydər Əliyev prospektinə düşən hissədə də yol ötürücüsü üzərində təmir işlərinin aparılması planlaşdırılır. Bu səbəbdən təmir işləri aparılan müddətdə yol ötürücüləri üzərində hərəkət məhdudlaşdırılacaq.

Təmir işlərinin axşam saatlarınadək yekunlaşdırılması nəzərdə tutulur. Sürücülərə hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30