Bakıda avtomobil piyadanı vurub
Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
hadisə Kürdəxanı qəsəbəsində baş verib.
1974-cü il təvəllüdlü Loğmanov Rəhman Loğman oğlu yolu keçərkən onu “VAZ 21099” markalı nəqliyyat vasitəsi vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.