Azərbaycan daha bir ölkədə səfirlik açır
Azərbaycanın daha bir ölkədə səfirliyinin açılması gözlənilir.
Oxu.Az xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentə daxil olub.
“Azərbaycan Respublikasının Bosniya və Hersoqovinada səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi Milli Məclisin mayın 25-də keçirilən iclasında müzakirəyə çıxarılacaq.