bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycan bayrağı Konya səmasında dağlandırıldı - FOTO

29-05-2021, 17:45 87 dəfə baxılıb

Azərbaycan bayrağı Konya səmasında dağlandırıldı - FOTO


Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində hərbi qulluqçularımız fəal iştirak edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimin növbəti günündə ssenariyə əsasən qəzaya uğramış aviasiya vasitəsi ekipajlarının yerinin müəyyənləşdirilərək xilas olunması məqsədilə axtarış-xilasetmə əməliyyatları icra edilib.

Təlimə cəlb olunan pilotlarımız Mi-17 helikopteri ilə koordinatlar əsasında müəyyən edilən əraziyə eniş edib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları isə qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirirərək, ekipaj üzvlərini ərazidən təxliyə edib.

Paraşüt hazırlığı üzrə keçirilən növbəti məşqlərdə də şəxsi heyət tərəfindən müxtəlif tapşırıqlar icra olunub. Üçrəngli Azərbaycan bayrağı Konya səmasında dağlandırılıb.
Təlim iyunun 4-dək davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30