bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rəsmi Bakıdan həmsədrlərə sərt CAVAB

31-05-2021, 18:14 231 dəfə baxılıb

Rəsmi Bakıdan həmsədrlərə sərt CAVAB



Azərbaycan azad olunmuş ərazilərin bərpası və insanların bu ərazilərdə yenidən sülh şəraitində birgə yaşayışının təmin edilməsi üçün bütün səylərini səfərbər edib, müvafiq tədbirləri həyata keçirir.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında belə bildirilib.

Qeyd olunub ki, beynəlxalq humanitar təşkilatlarla beynəlxalq hüquq prinsipləri əsasında əməkdaşlıq həyata keçirilir, o cümlədən Qarabağda müharibənin təsirinə məruz qalan insanlara humanitar yardımın göstərilməsi üçün müvafiq addımlar atılıb.

“Həmsədrlərin 6 erməni hərbçi ilə bağlı yaydığı bəyanatına cavab olaraq bildiririk ki, bu erməni hərbçilər yolların minalanmasına yönəlmiş təxribat törədərkən saxlanılıb. Azərbaycanın azad olunmuş ərazilərində Ermənistan tərəfindən basdırılmış minalar gündəlik əsasda insanların həyatına təhlükə törətdiyi bir vaxtda, Ermənistanın minaların yeri ilə bağlı məlumatı təqdim etməkdən imtina etməsi, üstəlik əraziyə yeni minalar basdırmaq cəhdi heç bir çərçivəyə sığmır. Odur ki, həmsədrlər “hamının hamıya” prinsipi əsasında saxlanılan şəxslərin dəyişdirilməsini təklif etmədən öncə, ən azı bu şəxslərin saxlanma səbəblərinə diqqət ayırmalı, təxribatçıları bu kimi fəaliyyətdən çəkinməyə çağırmalıdır”.

XİN bildirib ki, Azərbaycan sərhəd gərginliyi məsələsinin danışıqlar yolu ilə həllinin tərəfdarıdır.

“Habelə beynəlxalq ictimaiyyətin iki dövlət arasında sərhədin demarkasiya və delimitasiyası çağırışlarını dəstəkləyirik. Bildiyiniz kimi, bir müddət öncə bu məsələ ilə bağlı irəli sürülən Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiya yaradılması təklifini də Azərbaycan dəstəkləyib.

Yalnız beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında dövlətlərarası münasibətlər normallaşdırıla bilər, sərhəd xəttinin demarkasiyası və delimitasiyasına başlamaq olar və nəhayət, sülh şəraitində birgə yaşayış üçün sağlam təməlin əsası qoyula bilər.

Həmsədr ölkələri isə öz növbəsində, üçtərəfli bəyanatların icrasını dəstəkləməklə bölgədə sülh və inkişafın təmin olunmasına töhfə verə bilər”, - deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi mayın 27-də səhər saatlarında erməni hərbçilərinin Azərbaycan ərazisinə keçərək orada minalanma işləri apardığını bildirib.

Məlumata əsasən, Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirən zaman Ermənistan silahlı qüvvələrinin 6 hərbçisi saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930