bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Mikayıl Cabbarov ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - FOTO

10-06-2021, 18:02 380 dəfə baxılıb

Mikayıl Cabbarov ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerlə görüşüb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata əsasən, Mikayıl Cabbarov ABŞ-la iqtisadi, ticarət, sənaye və s. sahələrdə tərəfdaşlığın inkişaf etdiyini, ikitərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün müqavilə-hüquq bazasının möhkəmləndirilməsi istiqamətində işlərin görüldüyünü diqqətə çatdırıb.

Görüşdə ölkəmizdə həyata keçirilən islahatlar, Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetləri və qarşıya qoyulan hədəflər diqqətə çatdırılıb, “yaşıl iqtisadiyyat” və bərpa olunan enerji layihələrinə önəm verildiyi qeyd edilib.

İqtisadiyyat naziri Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılması, nəqliyyat-tranzit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan İnvestisiya Holdinqinin yaradıldığını bildirib.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker regionda dayanıqlı sülhün bərqərar olmasının, regional inkişafın önəmini vurğulayıb, ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında, xüsusilə minalardan təmizləmə fəaliyyətində iştirakda marağını ifadə edib.

Görüşdə ABŞ-la iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın, iqtisadi-ticarət, investisiya əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30