Koronavirusun yeni ştammının daşıyıcıları açıqlandı
COVID-19-a yoluxan gənclər xəstəliyi daha rahat keçirirlər, bununla belə infeksiyanın əsas daşıyıcısı sayılırlar.
Bu barədə Rusiyanın “Rospotrebnadzor” Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Klinik və Analitik İşlər üzrə direktor müavini Natalya Pşeniçnaya “RİA Novosti”yə danışıb.
Onun sözlərinə görə, buna səbəb gənclərin xəstəliyə qeyri-ciddi yanaşmaları və bu laqeyidliyin nəticələrini anlamadıqlarıdır.
“Adətən koronavirusun yeni ştammına yoluxmada müşahidə olunan simptomlar mövsümi kəskin respirator virus infeksiyalarına bənzəyir, bu səbəbdən gənclər ona ciddi yanaşmır və ənənəvi həyat tərzlərinə davam edirlər”, - deyə o, bildirib.