bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Fəlakətlər bitmək bilmir: Koronavirus, “qara kif”, indi də “yaşıl göbələk”

18-06-2021, 08:06 131 dəfə baxılıb

Fəlakətlər bitmək bilmir: Koronavirus, “qara kif”, indi də “yaşıl göbələk”


COVID-19 epidemiyası səbəbindən ağır günlər keçirən Hindistanda işlər getdikcə pisləşir.

Belə ki, koronavirusdan sağaldıqdan bir müddət sonra görülən “qara kif”dən əlavə “ağ göbələk” və “sarı göbələk” infeksiyası da yayılmağa başlayıb. Belə xəstələrin sayının 1000-i ötdüyü vurğulanıb. İndi isə koronavirus xəstələrində “yaşıl göbələk” infeksiyası (“Aspergillus göbələyi”) görünüb.

Bu barədə “Haber Global” xəbər verib.

“Yaşıl göbələk” hələlik çox yayılmayıb. Madhya-Pradeşdə 34 yaşlı xəstəyə bu diaqnoz qoyulub. İnfeksiya birbaşa onun ağ ciyərlərinə təsir edib.

Bildirilir ki, 34 yaşlı xəstə koronavirusa yoluxduqdan sonra iki ay xəstəxananın reanimasiya şöbəsində yatıb. Ancaq sağalıb evə buraxıldıqdan qısa müddət sonra onda burundan qanaxma, qızdırma başlayıb, sürətlə arıqlayıb.

Məlum olub ki, pasiyentin ağ ciyərlərinin 90 faizi “yaşıl göbələk” infeksiyasının təsiri ilə zədələnib. Vəziyyəti ağırlaşan və müalicəyə cavab verməyən xəstə Mumbaydakı daha böyük xəstəxanaya köçürülüb.

Həkimlər yeni “yaşıl göbələk” haqqında daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930