bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiyada işçi qüvvəsi çatışmazlığı: Əmək miqrantlarını çarter qatarları ilə gətirmək istəyirlər

19-06-2021, 12:09 117 dəfə baxılıb

Rusiyada işçi qüvvəsi çatışmazlığı: Əmək miqrantlarını çarter qatarları ilə gətirmək istəyirlər.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi və “Rusiya Dəmir Yolları” ASC əmək mühacirlərini sahələrdə mövsümi işləmək üçün çarter qatarları ilə Rusiyaya gətirmək istəyir.

“Kommersant” yazır ki, bu qərarın aqrar-sənaye kompleksinin ehtiyacları üçün işçi qüvvəsi problemini həll edəcəyi düşünülür.

Bildirilir ki, bu məsələ ötən həftə nazirlikdə keçirilən iclasda müzakirə olunub. Kənd Təsərrüfatı Nazirliyi nəşrə kənd təsərrüfatı məhsulları istehsalçıları ilə dəmir yolu səyahətlərinin təşkili üçün kollektiv müraciətlərin verilməsi imkanlarını nəzərdən keçirdiklərini təsdiqləyib. 2021-ci ildə 38,2 min miqrantın mövsümi işlərdə çalışması planlaşdırılır.

Koronavirus pandemiyası fonunda 2020-ci ilin martında Rusiya xarici işçi qüvvəsinin ölkəyə girişini qadağan edib. Bu ilin mart ayında səlahiyyətlilər 250 nəfərdən çox heyəti olan və 2,5 milyard rubldan çox mənfəət əldə edən şirkətlərə əlavə işçi cəlb etməyə icazə verib.

Ölkənin Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, hazırda işçilər Rusiyaya yalnız hava yolu ilə gələ bilərlər. Bu isə bazar iştirakçılarının nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə artırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930