bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rektor beş müəllimi işdən çıxardığı üçün cərimələndi

23-06-2021, 19:04 91 dəfə baxılıb

Rektor beş müəllimi işdən çıxardığı üçün cərimələndi


Azərbaycan Dövlət Mədəniyyət Universitetində (ADMİU) işləyən 5 nəfər müəllimin rəhbərlik tərəfindən əsassız olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumat yayılıb.

Axar.az-a daxil olan məlumata görə, universitetə qarşı sürülən əsaslı iddialardan sonra məhkəmədən əvvəl müəllimlərin 4-ü ilə razılıq əldə olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ADMİU rəhbərliyi 40 ildən çox elmi təcrübəsi olan digər müəllimi işinə geri qaytarmağa məcbur olub. Nəticədə, Dövlət Əmək Müfəttişliyinin və məhkəmənin qərarı ilə universitet rəhbərliyi əmək müqaviləsinə xitam verərkən yol verdiyi qanun pozuntusuna görə 1500 manat məbləğində cərimə olunub.

Məsələ ilə bağlı ADMİU suallara cavab verilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031