Göygöldə gənc qız sirkə turşusundan zəhərlənib
Göygöl rayonunda gənc sirkə turşusundan zəhərlənərək xəstəxanaya yerləşdirilib.
“Report” xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Göygöl rayon sakini, 19 yaşlı R.Əliyeva içdiyi sirkə turşusundan zəhərlənib. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.