Deputat toylarda bəylə gəlinin maskasız oturmasını təklif etdi
Milli Məclisin iclasında deputat Elşən Musayev toyların keçirilməsi ilə bağlı qoyulan bəzi məhdudiyyətlərə etiraz edib.
Oxu.Az-ın məlumatına görə, deputat bildirib ki, toylarda heç olmasa, bəylə gəlin maska taxmasın.
“Ən azından bəylə gəlin maskasız oturmalıdır, bir-birini görməlidir”, - deyə o əlavə edib.
Qeyd edək ki, Nazirlər Kabineti müəyyən şərtlər nəzərə alınmaqla iyulun 1-dən şənlik mərasimlərinin keçirilməsinə icazə verib.
50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan toylarda COVID-19 pasportu tələb olunur, lakin maska taxmaq zərurəti yoxdur. 50 nəfərlik şənliklərdə isə vaksinasiya pasportu tələb olunmasa da, maska taxmaq məcburidir.