bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənistanda acınacaqlı statistika: Əhali sürətlə ölkəni tərk edir

11-07-2021, 09:44 99 dəfə baxılıb

Ermənistanda acınacaqlı statistika: Əhali sürətlə ölkəni tərk edir


Ermənistanda əhalinin sürətli şəkildə ölkəni tərk etməsi prosesi davam edir.

Ermənistanın news.am portalının məlumatına görə, ölkənin “Zvartnots” və “Şirak” hava limanlarında 2021-ci ilin iyun ayında sərnişin axını ümumilikdə 200534 nəfər təşkil edib.

İyun ayında hava yolu ilə ölkəyə gələnlərin sayı (iki hava limanındakı statistikaya əsasən) 355952 nəfər olub.
2021-ci ilin iyun ayında hava yolu ilə ölkəni tərk edənlərin sayı isə 416054 nəfər təşkil edib.

Beləliklə, təkcə 2021-ci ilin iyun ayında və yalnız statistikası açıqlanan “Zvartnots” və “Şirak” hava limanlarından hava yolu ilə ölkəni tərk edənlərin sayı gələnlərdən 60102 nəfər çox olub.

Qeyd edək ki, Ermənistan əhalisinin ölkəni tərk etməsi problemi ölkədəki acınacaqlı sosial-iqtisadi vəziyyətlə əlaqədardır. Statistik rəqəmlər uzun illərdir ermənilərin ölkədəki korrupsiya, rüşvətxorluq, ağır və dözülməz həyat şəraiti və. s-dən cana gələrək başqa ölkələrə miqrasiya etdiyini göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930