Prezident “Məşğulluq haqqında” qanuna dəyişikliyi təsdiqlədi
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev qanunu təsdiqləyib.
Dəyişikdən əvvəl yerli özünüidarəetmə orqanları “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ailə kəndli təsərrüfatlarını uçota aldığı gündən bir ay ərzində bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verirdilər.
Yeni qanunla yerli özünüidarəetmə orqanlarının uçotdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməsi hissəsi ləğv edilib.