bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Gəncə və Hacıqabul sakinlərində narkotik vasitə aşkarlandı - FOTO

14-07-2021, 14:59 291 dəfə baxılıb

Gəncə və Hacıqabul sakinlərində narkotik vasitə aşkarlandı - FOTO


Gəncə və Hacıqabul sakinlərindən narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Bayramov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.

Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki polietilen torbadan ümumi çəkisi 2 kiloqram 400 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.

Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən daha bir məlumata görə, Hacıqabul rayon sakini Ağaməmməd Əmişov şöbə əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan təmiz çəkisi 450 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli Adil Əkbərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Burada onun üzərinə baxış keçirilən zaman A.Əkbərovdan şəxsi istehlak miqdarından artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30