bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənilərin işgəncə verdiyi azərbaycanlı: “Şuşa həbsxanasında gözümü çıxardılar”

14-07-2021, 15:07 69 dəfə baxılıb

Ermənilərin işgəncə verdiyi azərbaycanlı: “Şuşa həbsxanasında gözümü çıxardılar”


Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni terrorçuları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə prosesi davam etdirilib.

“Report” xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib.

Zərərçəkmiş Babayev Kamil İdris oğlu üzləşmə zamanı ibtidai istintaqa ifadəsini təsdiqləyib.

Daha sonra prokuror zərərçəkmişə suallar verib:

“Təqsirləndirilən şəxsləri necə tanıdınız?”

Zərərçəkmiş Kamil Babayev deyib ki, o Mkrtçyan və Xosrovyanı şəkillərlə tanıyıb:

“Şəkillərdən bildim ki, bunlar bizə işgəncə verənlərdir. Şəkillərə baxan kimi tanıdım”.

Təqsirləndirilən şəxsə suallar verən zərərçəkmiş Alyoşa Xosrovyan və Lüdvik Mkrtçyan onlara amansız işgəncə verib:

“Xosrovyan əvvəl saçlı idi, indi saçları tökülüb. Amma burnunun əyriliyi hələ də qalıb. Bizimlə Azərbaycan dilində sorğu-sual edirdi, amma döyəndə ermənicə söyürdü”.

Zərərçəkmiş Rauf Qafarov isə bildirib ki, təqsirləndirilən şəxslərin hər ikisi Şuşa həbsxanasında ona amansız işgəncə verib.

Zərərçəkmişin suallarını cavablandıran təqsirləndirilən şəxs Lüdvik Mkrtçyan bildirib ki, o, 1993-cü ilin iyul-avqust ayında Suqovuşanla Hadrutda olub və bir ay müharibədə iştirak edib. Zərərçəkmiş şəxs isə deyib ki, L.Mkrtçyan 1992-ci ildən Şuşa həbsxanasında olub.

Digər zərərçəkmiş Famil Əliyev isə deyib ki, ibtidai istintaqda ilk olaraq onları adları ilə tanımayıb:

“Mənə dedilər ki Alyoşa Xosrovyan və Lüdvik Mkrtçyanı tanıyırsanmı? Mən də dedim elə adamları tanımıram. Sonra şəkillər göstərdilər və “”Lyoxa” və “Loşa”nı tanıdım. Dedilər ki, həmin şəxslər Alyoşa Xosrovyan və Lüdvik Mkrtçyandır”.

Digər zərərçəkmiş Həbib Kazımov deyib ki, təqsirləndirilən şəxslər ona əsirlikdə işgəncə veriblər:

“İllər sonra bu şəxsləri istintaqda qəddar görünüşlərindən tanımışam”.

Zərərçəkmiş Cavid Hüseyn qeyd edib ki, istintaq dövründə təqsirləndirilən şəxsləri tanımaqla bağlı təsir olmayıb:

“28 il keçsə də, həmin işgəncələri unutmamışam. Hər gün gözümün qabağında canlanır. Bizə fotosunu ilk dəfə göstərəndə Mkrtiçyan Lüdvik olduğunu dedilər. Mən onun “Lyoxa” olduğunu dedim. Gözünün altında olan qara ləkədən tanıdım. Orada hərdən buna “Lüdvik” deyə çağırırdılar. Biz istintaqa illər əvvəl haqlarında məlumatı vermişdik. Xosrovyanı otağa gətirəndə soruşdum ki, məni tanıdın? Başlarını aşağı salaraq tanıdığını etiraf etdilər. Mən o vaxt bu şəxslərə demişdim ki, vaxt gələcək siz bizim qarşımızda cavab verəcəksiz.

Şuşa həbsxanasında Lüdvik Mktrçyanla Alyoşa Xosrovyanın iştirakı ilə gözümü çıxardılar. 1995-ci ildə Yohan adlı ermənilərin “milli qəhrəman”ının heykəlinin açılışında başıma dəmir boru ilə vurub yardılar. Daha sonra məni dəmir barmaqlıqlara bağlayıb döydülər. O vaxt orada bizimlə birlikdə əsir olan İlham Qurbanov məni bunlara satdı ki, müharibədə tank sürmüşəm. Ona görə də məni gətirib Şuşa həbsxanasında sağ gözümü çıxardı. Dedilər ki, nişan alan göz sağ gözüdür, ona görə də sağ gözünü çıxarın. Bizi satan İlham Qurbanov hazırda həbsxanadadır və ömürlük azadlıqdan məhrum edilib”.

Hakim məhkəmə istintaqının tamamlanması ilə bağlı tərəflərə təklif edib.

Prokuror gələn prosesdə bu məsələyə münasibət bildirəcəyini deyib.

Proses iyunun 28-də davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930