AzTU-da yeni TƏYİNAT - FOTO
Azərbaycan Texniki Universitetində (AzTU) kadr islahatı olub.
Oxu.Az-ın məlumatına görə, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Rəşad Kazımov universitetin maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Rəşad Kazımov 1993-1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 1997-1999-cu illərdə isə dünya siyasi prosesləri və beynəlxalq əlaqələr nəzəriyyəsi ixtisasi üzrə magistr pilləsini bitirib.
2003-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasında təhsil alıb. İqtisad üzrə fəlsəfə doktorudur. Rəşad Kazımov hazırkı təyinatına kimi AzTU-nun “İqtisadiyyat və təminat” şöbəsinin müdiri vəzifəsində işləyib.