bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ölkə ərazisində qaydaları pozaraq məclis təşkil edən şəxslər cərimələnib

19-07-2021, 20:23 62 dəfə baxılıb

Ölkə ərazisində qaydaları pozaraq məclis təşkil edən şəxslər cərimələnib



Tərtər Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının rayon ərazisində birgə keçirdikləri tədbirlər nəticəsində qayda pozuntularının baş verdiyi toy məclisləri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı restoran və istirahət mərkəzlərində keçirilən həmin toy məclislərində qonaqların sayı qərarla müəyyən edilən saydan artıq olduğu müəyyən edilib.

Bərdə Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların əməkdaşlarının apardıqları yoxlamalar zamanı “Muğan Məkan” və “Samux”, Ağdam Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların əməkdaşlarının apardığı yoxlamalar zamanı isə “Araz” və “Sərin” şadlıq saraylarında keçirilən toy mərasimlərinin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi aşkar edilərək, restoranlara cavabdeh şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Davam etdirilən digər tədbirlərlə isə fərdi yaşayış evlərində keçirilən toy məclislərində də karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb. Həmin məclisdə qonaqların sayının normadan artıq olduğu müəyyən edilib.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı “Ceyran”, “Qardaşlar”, “Karvan”, “Tut ağacı” və “Azəri” şadlıq saraylarında keçirilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi aşkarlanıb.

Aşkarlanan qayda pozuntuları ilə bağlı məclis təşkilatçıları barəsində qanunamüvafiq tədbirlər görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930