Sabahın hava proqnozu AÇIQLANDI
İyulun 22-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək
Abşeron yarımadasında havanın temperaturu gecə 25-28, gündüz 35-39, Bakıda gecə 26-28, gündüz 37-39 dərəcə olacaq.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 27-28, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında havanın maksimal temperaturunun 38-40 dərəcəyədək yüksələcəyi, zəif küləklərin üstünlüyü gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-28, gündüz 35-40, bəzi yerlərdə 42-44, dağlarda gecə 15-20, gündüz 30-35 dərəcə olacaq.