bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Yol polisindən sürücülərə MÜRACİƏT

2-09-2021, 18:01 54 dəfə baxılıb

Yol polisindən sürücülərə MÜRACİƏT



Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı sürücülərə müraciət edib.

BDYPİ-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-a açıqlamasında bildirib ki, hava şəraitinin dəyişməsi ilə bağlı sürücülər diqqətli olmalıdırlar:

“Avtomobillərinin texniki cəhətdən sazlığını yoxlamalı, zərurət olmadığı zaman ötmə əməliyyatı aparmamallıdır”.

N.Piriyev hava şəraiti ilə bağlı qarşıdakı günlərdə küləyin sürətinin şiddətlənəcəyi ilə bağlı sürücüləri avtomobillərini hündürmərtəbəli binaların və ağacların altında saxlamamağa çağırıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bu gün axşamdan etibarən hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30