bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ağdaşda iki yeniyetmə qız kanalda boğuldu

6-09-2021, 17:42 63 dəfə baxılıb

Ağdaşda iki yeniyetmə qız kanalda boğuldu



6 sentyabr 2021-ci il tarixində Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında boğulan iki yeniyetmənin axtarışlarının aparılması üçün Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət daxil olub.

FHN-dən verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində 2006-cı il təvəllüdlü Niftəliyeva Arifə Ceyhun qızı və 2008-ci il təvəllüdlü Usubova Fatimə Ədalət qızının meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30