bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İndiyədək 132 qazimiz müalicə üçün Türkiyəyə göndərilib - FOTO

21-09-2021, 18:52 37 dəfə baxılıb

İndiyədək 132 qazimiz müalicə üçün Türkiyəyə göndərilib - FOTO



Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyə Respublikasına işgüzar səfər çərçivəsində “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicə üçün göndərilən, ağır yaralanan qazilərimizi ziyarət ediblər.

Fonddan verilən məlumata görə, bu günə qədər 132 qazimiz müalicə üçün Türkiyəyə göndərilib.

Onlardan 88-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qazilərimizlə söhbət zamanı bildirib ki, hər birimiz Qələbəni bizə yaşatdıqları üçün onlara minnətdarıq və “YAŞAT” Fondu onların müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, səfər Türkiyənin İstanbul şəhərində təşkil olunan 4-cü “Texnofest” Festivalında iştirak məqsədilə reallaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30