Azərbaycana qar yağdı - FAKTİKİ HAVA
Sentyabrın 25-i saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub. Yağan güclü yağış nəticəsində Qəbələ rayonundan axan Dəmiraparan və Tikanlı çaylarından sel keçir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağışın miqdarı Əyriçay Başdaşağılda (Oğuz) 39 mm, Sarıbaşda (Qax) 46 mm, Gədəbəydə 27 mm (aylıq normanın 56 %-i), Kişçayda (Şəki) 25 mm (aylıq normanın 37 %-i), Balakəndə 24 mm, Göygöldə 23 mm (aylıq normanın 50 %-i), Zaqatalada 23 mm, Şəkidə 20 mm, Astara, Daşkəsəndə 17 mm, Yardımlıda 16 mm, Qusar, Şəmkirdə 14 mm (aylıq normanın 72 %-i), Qubada 13 mm, Qəbələdə 12 mm, Lənkəran, Tovuzda 11 mm, Gəncədə 10 mm (aylıq normanın 59 %-i), Xaltan, Oğuzda 7 mm, Şabranda 6 mm, Biləsuvarda 5 mm, Lerik, Balakən, Naftalan, Ceyrançöl, Mingəçevirdə 5 mm, Yevlaxda 4 mm, Ağstafada 3 mm, Cəfərxan, Bərdədə 2 mm, Tərtər, Göyçay, Kürdəmir, Sabirabad, Salyan, Hacıqabul, Nabran, Qobustan, Xaçmaz, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Gəncə stansiyasının məlumatına əsasən sentyabrın 24-dən 25-nə keçən gecə Kəpəz dağına qar yağıb.
Şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Ağdamda 24 m/s, Tərtərdə 23 m/s, Bərdədə 22 m/s, Tovuz, Neftçala, Gəncədə 20 m/s, Ceyrançöldə 18 m/s, Mingəçevir, Yevlax, Kəlvəzdə 16 m/s, Şərur, Şirvanda 15 m/s güclənib.
Bakıda 23 m/s, Sumqayıtda 21 m/s, Qum adasında 20 m/s, Maştağa, Neft Daşları, Pirallahı, Binədə 15 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,5 metrə çatıb.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 26-sı gündüzədək davam edəcək.
Sentyabrın 26-sı gündüz yağıntıların tədricən kəsiləcəyi, sentyabrın 27-si əsasən yağmursuz keçəcəyi gözlənilir.