Qusarda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb
Qusar rayonunda yaşadığı evi təkr edən koronovirus xəstəsi aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, Qusar rayon sakini Ədalət Məmmədəliyevin COVID-19 testnin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Polis əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarılıb.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.