bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Polad Həşimovun tələbə qızı ilk dərs günü atasının məzarını ziyarət edib - FOTO

29-09-2021, 18:11 85 dəfə baxılıb

Polad Həşimovun tələbə qızı ilk dərs günü atasının məzarını ziyarət edib - FOTO



Tələbə adını qazanan Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova ilk dərs günündə atasının məzarını ziyarət edib.

Bu barədə foto sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, A.Həşimova Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsinə daxil olub.

Xatırladaq ki, general-mayor Polad Həşimov 14 iyul 2020-ci il tarixində Tovuz istiqamətindəki şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30