bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda valideynlərin xəbəri olmadan övladları başqa məktəbə köçürülüb

7-10-2021, 17:04 45 dəfə baxılıb

Azərbaycanda valideynlərin xəbəri olmadan övladları başqa məktəbə köçürülüb


Abşeron rayonu, Xırdalan şəhər 3 nömrəli məktəbin valideynləri övladlarının onlardan xəbərsiz Xırdalan şəhər 2 nömrəli məktəbə köçürülməyindən narazıdırlar.

Məsələ ilə bağlı APA-ya müraciət edən valideynlər bildiriblər ki, onların övladları Xırdalan şəhər 3 nömrəli məktəbin rus bölməsi üzrə birinci sinfinə qəbul olublar. Dərslərin açılmağına 2 gün qalmış isə valideynlərə xəbər verilib ki, onların övladları 3 yox, 2 nömrəli məktəbdə təhsil alacaqlar. Övladlarının evlərindən nisbətən uzaq məsafədə yerləşən məktəbdə oxumağına etiraz edən valideynlərə isə bildirilib ki, bu vəziyyət müvəqqətidir.

Məsələ ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsindən cavab olaraq bildirilib ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri başqa məktəbə yerləşdirilib:

“Belə ki, şagird sıxlığı ilə əlaqədar olaraq məktəbin rus bölməsinin bəzi ibtidai sinifləri dərslərin tədrisinə Xırdalan şəhər 3 nömrəli məktəbdə davam edəcəklər. Şagirdlərin yerdəyişməsi müvəqqətidir və məsələ ən qısa zamanda həll olunacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30