"Nizami Gəncəvi İli"nə töhfə
Məruzəçilərin Nizami Gəncəvi haqqında fikirləri böyük maraqla qarşılanıb
Azərbaycan Vətəndaş Hərəkatının (AVH) təşkilatçılığı ilə "Nizami Gəncəvi və ümumbəşəri dəyərlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AVH-nin İdarə Heyətinin üzvü Mübariz Göyüşlü, Millət vəkili Jalə Əhmədova, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, ADPU-nun prorektoru, filologiya elmləri doktoru Mahirə Nağıqızı, AVH-nin Məclis üzvü, AMEA Tarix İnstitutunun əməkdaşı, ADPU-nun dosenti Mübariz Ağalarlı (“Nizami Gəncəvinin əsərlərində Azərbaycan tarixi məsələləri”), Norveçdən Ragnhild Thori və Can diaspor təşkilatının sədri Şervin Necefpur ("Nizami Gəncəvi əsərlərində tolerantlıq"), AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva (“Nizami Gəncəvinin nəsil şəcərəsi”), Türkiyədən Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin başqanı Ceyran Səttarova (“Ümumbəşəri mahiyyət daşıyan sənətkar Nizami Gəncəvi"), Almaniyadan Nürnberg Türk Tarixi və Mədəniyyətləri Muzeyinin müdiri Cemalettin Özdemir (“Almanyada Azerbaycan tarixi ve kültürünü tanıtım bağlamında Nizami Gəncəviyi də tanıtmaq”), AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova (“Nizami Gəncəvi "Məxzənül-əsrar" məsnəvisində şair özü, müasirləri, sənəti və görüşləri haqqında"), Şimail Kipr Türk Cümhuriyyətindəki Girne Amerikan Üniversitetinin müəllimi Orxan Həsənoğlu, QALA Yunanıstan Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov, Bakı şəhəri 221 saylı məktəbin müəllimi Lalə Məmmədli (“Ümumtəhsil məktəblərində Nizami Gəncəvi irsindən istifadə işinin sistemi”) iştirak və çıxış ediblər.
Azərbaycanla yanaşı müxtəlif ölkələrdən tədbirə qatılan alimlər, araşdırmaçılar, ictimai-siyasi xadimlər, media təmsilçiləri, qadınlar və gənclər dahi Azərbaycan mütəfəkkiri haqqında maraqlı çıxışlar ediblər. Xüsusilə də məruzəçilərin Nizami Gəncəvi haqqında fikirləri böyük maraqla qarşılanıb.
Çıxışlarda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamdan, dahi müətfəkkirin həyat və yaradıcılığından, ona və əsərlərinə olan maraqdan, aparılan araşdırma və təhlillərdən, Nizami irsinin dünyaya tanıtdırılmasından, şairin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verdiyi töhfələrdən ətraflı bəhs olunub. Azərbaycan Vətəndaş Hərəkatının keçirdiyi beynəlxalq konfransın da “Nizami Gəncəvi İli”nə töhfə olduğu toplantıda vurğulanmış və gələcəkdə də ziyalıların bu cür tədbirləri davam etdirməsi qərarlaşdırılmışdır.
Anar Salehoğlu