Ermənistanın müharibə və ekoloji cinayətləri Venesiya sakinlərinin nəzərinə çatdırılıb - FOTO
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Venesiya şəhərində azərbaycanlı icmasının məlumatlandırıcı aksiyası keçirilib.
Komitədən bildirilib ki, Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə və ekoloji cinayətlərə diqqəti cəlb etmək məqsədilə təşkil edilən aksiya Venesiya şəhərinin ən izdihamlı yerlərindən biri olan Rialto körpüsü və Müqəddəs Bartolomeo meydanında baş tutub.
Aksiya zamanı “Hər birimiz müharibə cinayətlərinin əleyhinəyik!”, “Gəncə üçün dua et!”, “Bərdə üçün dua et!” şüarlarının, Gəncə terrorunun fotosunun əks olunduğu geyimdə olan gənc soydaşlarımız yerli sakinlərə Ermənistanın bütün bəşəri dəyərlərə zidd cinayətkar əməlləri barədə məlumat veriblər.
Venesiyalılara bu məlumatların daşıyıcısı olan QR kodlu oyuncaqlar paylanılıb.