bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Quru Qoşunların komandanı türkiyəli generalla görüşdü - FOTO

14-10-2021, 19:42 32 dəfə baxılıb

Quru Qoşunların komandanı türkiyəli generalla görüşdü - FOTO

Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev oktyabrın 14-də “Avrasiya sülhü - 2021” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Musa Avsever ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, iki qardaş ölkənin birgə təlimlərinin təcrübə mübadiləsi, dostluq və qardaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyəti qeyd edilərək gələcəkdə də birgə təlimlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30