bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Masallıda evdən və mağazalardan oğurluq edən şəxs saxlanılıb

16-10-2021, 15:13 77 dəfə baxılıb

Masallıda evdən və mağazalardan oğurluq edən şəxs saxlanılıb



Masallıda gecə saatlarında evdən və mağazalardan oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayonunun Ətcələr kəndində yerləşən yaşayış evlərindən birindən 1000 manat, 100 ABŞ dolları, qızıl üzük, 2 ədəd təqaüd kartı və müxtəlif sənədlərin oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş F.Həbibov saxlanılıb. F.Həbibovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun digər oğurluq əməllərinin də üstü açılıb. Belə ki, həmin şəxsin 2 mağazadan gecə saatlarında ümumilikdə 275 manat nağd pul və əlavə olaraq tütün məmulatları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30