bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bu gün şəhid polkovnik-leytenantın anım günüdür - FOTO

27-10-2021, 17:24 24 dəfə baxılıb

Bu gün şəhid polkovnik-leytenantın anım günüdür - FOTO



Bu gün Azərbaycanın Silahlı Qüvvələrinin polkovnik-leytenantı Miriyev Telman Mirbaba oğlunun anım günüdür.

Oxu.Az xəbər verir ki, Telman Miriyev 1981-ci il iyulun 19-da Cəlilabad rayonunun Günəşli kəndində anadan olub.

Polkovnik-leytenant T.Miriyev Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib.

2016-cı ilin Aprel döyüşlərində iştirak edən T.Miriyev Lələtəpə yüksəkliyinin düşməndən azad olunması istiqamətində aparılan döyüş əməliyyatına rəhbərlik edib.

XTQ zabiti Telman Miriyev 2016-cı il oktyabrın 27-də hərbi poliqonlardan birində praktiki məşqlər zamanı həlak olub. Mərhum doğulub boya-başa çatdığı Cəlilabad rayonunda torpağa tapşırılıb.

Qeyd edək ki, həlak olan XTQ zabiti polkovnik-leytenant Telman Miriyevə ölümündən beş il sonra şəhidlik statusu verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30