Bakıda 20 nömrəli məktəb-liseydə karantin müddəti uzadıldı - RƏSMİ
Son günlərdə 20 nömrəli məktəb-liseyin daha bir neçə müəllim və şagirdinin COVID-19 virusuna yoluxması faktı təsdiqini tapdığı üçün Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən karantin müddəti uzadılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək, tədrisin davamlılığı təmin olunacaq.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Xatırladaq ki, bir müddət əvvəl Bakıda 20 nömrəli məktəb-liseydə dərslərin distant formaya keçirildiyi barədə məlumat yaymışdıq.