bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Balakəndə yol qəzası zamanı ər-arvad və daha bir nəfər xəsarət alıb

31-10-2021, 12:06 44 dəfə baxılıb

Balakəndə yol qəzası zamanı ər-arvad və daha bir nəfər xəsarət alıb


Balakən rayonunda ağır yol qəzası baş verib.

Hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun rayonun Qazbinə kəndindən keçən hissəsində qeydə alınıb.

Ağır yol qəzasında xəsarət alanların şəxsiyyətləti məlum olub.

“Report”un məlumatına görə, Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun rayonun Qazbinə kəndindən keçən hissəsində “Mercedes” və “VAZ-2107” markalı minik avtomobillərin toqquşması zamanı “Mercedes”in sürücüsü, 41 yaşlı Elçin Şirinov, “VAZ-2107”-nin sürücüsü, 58 yaşlı Kazım Osmanov və həyat yoldaşı 54 yaşlı Xanım Osmanova xəsarət alıblar.

Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30