bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiyada dəhşət: 75 yaşlı kişi həyat yoldaşını, ardınca nəvəsini qətlə yetirdi

5-11-2021, 10:19 56 dəfə baxılıb

Rusiyada dəhşət: 75 yaşlı kişi həyat yoldaşını, ardınca nəvəsini qətlə yetirdi



Rusiyanın Perm vilayətində dəhşətli cinayət aktı törədilib.

Həyat yoldaşını ardınca isə nəvəsini öldürən kişi daha sonra intihar edib.

Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsinin regional administrasiyası məlumat yayıb.

Hadisə Perm vilayətinin Kirovski rayonunda mənzillərdən birində baş verib.

İşdən evə qayıdan qadın mənzildə 65 və 75 yaşlı valideynlərinin və 17 yaşlı oğlunun cəsədlərini aşkar edib.

Müstəntiqlər müəyyən ediblər ki, cinayəti hadisədən sonra intihar edən 75 yaşlı ailə başçısı törədib.

Kriminalistlər hadisə yerinə baxış keçirib, zəruri ekspertizalar təyin edib, şahidlər dindirilib.

Mənbə: RİA Novosti






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031