Qarabağ əzəli Azərbaycan torpağıdır
Ali Baş Komandan İlham Əliyevin dünya miqyasında öz xüsusi çəkisi, yeri olan, xalqını dünyaya tanıdan, özü də yeni bir tarix yazan liderlərdən, sərkərdələrdən bir kimi tarixə öz imzasını atdı. Xalq, millət, dövlət özünün layiq olduğu rəhbəri ilə, lideri ilə tanınır. Allah belə bir xoşbəxtliyi Onun simasında Azərbaycan xalqına bəxş edib. Azərbaycan tarixinə qalib dövlət başçısı kimi düşdü Cənab İlham Əliyev. İşğalda olan torpaqlarımızı azad edib, düşmənləri bu ərazidən çıxarıb, həmin ərazilərdə suverenliyimizi bərpa etdi. Bu, günümüzün reallığı, qazandığımız hərbi zəfərimizdir. 2020-ci ilin sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin münaqişə zonasında təmas xəttini pozaraq mövqelərimizə etdikləri hücuma cavab olaraq müzəffər, nizamlı Azərbaycan Ordusu əks hücuma keçərək düşmənə ağır zərbələr endirərək, onları böyük insan, ərazi, hərbi sursat və texnika itkisinə məruz qoydular. Hərbi sənayemizin inkişafına böyük diqqət yetirərək Milli Ordumuzu dünya standartlarına cavab verən müasir hərbi texnika ilə təmin etməyi, əlbəttə ki, düşmənə endirilən sarsıdıcı zərbələrdə öz sözünü dedi. Dəmir intizamlı, nizamlı ordu qətiyyətli iradəniz və düşünülmüş əmrlərilə uğurlu hərbi əməliyyatlar aparmağa zəmin yaratdı. Arxa cəbhədə, cəmiyyətdə, xalqın, bütün siyasi partiyaların, müxalifətin birliyinə nail olaraq, onların respublika Prezidenti-Ali Baş Komandan ətrafında sıx birləşməsi, yəni Xalq-Dövlət-Ordu birliyi zəfərə, qələbəyə aparan yolda mayak rolunu oynadı. Noyabrın 8-də Şuşanın işğaldan azad olunması bütün nisgillərə, kədərə, həsrətə, ümidsizliyə, bədbinliyə, intizar və yaşlı gözlərə son qoydu, bizim qələbəni elan etməyimizə, düşmənin kapitulyasiyasına nail olmağımıza həlledici təsir göstərdi. Ermənistanın tam kapitulyasiyası Azərbaycan Respublikasının, Azərbaycan xalqının gözlənilən tarixi qələbəsi oldu. Bu döyüşlərdə müzəffər, rəşadətli Azərbaycan Ordusu şanlı tarix yazdı. Hətta bir çox xarici hərbi ekspert Azərbaycan Ordusunun hərbi yeniliklərə imza atmalarını xüsusi vurğulayırlar. bu şanlı tarixin yazılmasının əsas memarı- Ali Baş Komandan, qalib sərkərdə, cənab Prezident İlham Əliyevdir.
Cənubi Qafqazda qalibiyyətin ilk sahibi kimi xalqı, bütün siyasi, müxalif qüvvələri ətrafınızda bir araya yığaraq, yumruq şəklində birlik nümayiş etdirdi, Tarixi qələbəni bizə bəxş etdi. İnformasiya cəbhəsini, diplomatik sədləri aşaraq, xalqın haqq səsini dünyaya çatdıraraq, ədaləti, haqqı sərgilədi. BMT-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qəbul etdiyi məlum 4 qətnaməni təkbaşına icra etdi. Şəhidlərimizin qanının yerdə qalmaması üçün, tarixi dədə-baba torpaqlarımızın işğaldan azad olunaraq, müstəqil Azərbaycan Respublikasının 3 rəngli, ay-ulduzlu bayrağının o müqəddəs Vətən torpaqlarında yenidən dalğalandırılması üçün bütün var-qüvvənizi əsirgəmədi. Xalqın məhəbbətini, sevgisini əbədi olaraq özünüzə yoldaş, həmdəm etdiniz. Sözsüz ki, xalq özünün İlham Əliyev kimi qəhrəman, xilaskar, sərkərdə oğlu ilə fəxr edir, qürur hissi keçirir.
Bizə qələbənin, zəfərin sevincini yaşatdığınız, xalqımıza birlik bəxş etdiyiniz üçün cənab Prezidentimizə dərin minnətdarlığımızı, təşəkkürümüzü bildiririk.
Nadir Vədətov
Bakı şəhəri, 7 saylı Xüsusi Notariat Ofisinin
xüsusi notariusu